Bazar , Oktyabr 2 2022
Ana səhifə / Dünya / Koçaryan ağır xəstəlik tapıb: Almaniyada müalicə olunur

Koçaryan ağır xəstəlik tapıb: Almaniyada müalicə olunur

Ermənistanın ikinci prezidenti, hərbi cani Robert Koçaryan ağır xəstəlik tapıb. Bu barədə Ermənistan KİV-i məlumat yayıb.

Bildirilir ki, avqustun 21-i axşam saatlarında müəmmalı şəkildə xaricə gedən hərbi caninin səhhətində ciddi problemlər yaranıb.

Məhkəmənin ölkə sərhəddindən kənara çıxmamaqla bağlı qadağası olmasına baxmayaraq Koçaryanın xaricə necə və hansı məqsədlə getməsi erməni cəmiyyətində bir sıra suallar doğurub. Bu gün isə “Hraparak” nəşri yazıb ki, onlar Qarabağ klanının əsas fiqurlarından sayılan Koçaryanın getdiyi ölkənin də adını öyrənə biliblər.

“Ölkənin ikinci prezidentinin hansı məqsədlə və hara uçduğunu öyrənə bildik. O, tibbi müayinədən keçmək üçün Almaniyaya gedib. Məlum olduğu kimi Koçaryan son illərdə ölkədən çıxmaq imkanlarından məhrum edilib. Bununla bağlı məhkəmə qərarı da var. Amma Koçaryana ən çox Moskvaya getməyə icazə verilib ki, o da burada müəyyən iclaslarda iştirak edib”, – nəşr yazıb.

Sosial şəbəkələrin erməni seqmentində isə hərbi caninin müayinə üçün məhz Almaniyanı seçməsini onun səhhətində ciddi problemlərin yaranması ilə bağlayan paylaşımlar olur. Bəzi siyasətçilər qeyd edirlər ki, adətən yüngül müayinələr üçün səhiyyə sistemi güclü olan Almaniya kimi ölkələr seçilmir. Görünür Koçaryan hansısa ağır xəstəlik tapıb. AzVision.az

Həmçinin oxuyun

Rusiyanın Ukraynaya silahlı təcavüzü nəticəsində indiyədək 399 uşaq həlak olub

Rusiyanın Ukraynaya silahlı təcavüzü nəticəsində 399 ukraynalı uşaq həlak olub. APA xəbər veir ki, bu …