Şənbə , Aprel 20 2024
Ana səhifə / Dünya / Köçəryanın “qisas əməliyyatı“: Paşinyan və komandası həbs olunacaq

Köçəryanın “qisas əməliyyatı“: Paşinyan və komandası həbs olunacaq

Ermənistanın eks-prezidenti, “Ermənistan” seçki blokunu lideri qismində parlament seçkilərinə qatılan Robert Köçəryan siyasi repressiyalara hazırlaşır.

Bölgələrdə seçicilərlə görüşən Köçəryan hakimiyyətə gələrsə, Nikol Paşinyan iqtidarını 3 illik hakimiyyətləri dövründə atdıqları adımlara görə məsuliyyətə cəlb edəcəklərini bildirib.

“Hara qaçmaqlarından asılı olmayaraq, yaxalarından tutub ölkəyə gətirəcəyik. Baş verənlərə görə məsuliyyət daşıyan hər kəs ədalətli cəzasını çəkəcək, narahat olmayın”- deyə Koçaryan açıqlama verib.

Ekspert dairələr eks-prezidentin Nikol Paşinyanı və onun komandasını həbs etmək planı barədə ehtimallar səsləndirir.

2008-ci ildə Robert Köçəryan prezident seçkilərinin nəticələrinə etiraz edən kütləyə atəş əmrini vermişdi. Həmin hadisələr zamanı 10 nəfər ölmüş, 250-dən çox insan yaralanmışdı.

Faktla bağlı Köçəryan 2018-ci ilin iyul ayından bəri “konstitusion quruluşu devirmə” maddəsi ilə 3 dəfə həbs olunub və bir müddət sonra azadlığa buraxılıb. (modern.az)

Həmçinin oxuyun

Hindistan əhalinin sayına görə dünyada birinci yerdə oldu

Hindistan əhalisinin sayına görə dünyada lider ölkə olub. APA xəbər verir ki, bu barədə BMT-nin …