Ana səhifə / Dünya / Köçəryan və Sərkisyan yeni prezidentin andiçmə mərasimini boykot etdi

Köçəryan və Sərkisyan yeni prezidentin andiçmə mərasimini boykot etdi

İrəvanda Ermənistan prezidenti Vaaqn Xaçaturyanın andiçmə mərasimi keçirilir.

Musavat.com bununla bağlı erməni mediasına istinadən xəbər verir.

Dəmirçyan adına idman-konsert kompleksində təşkil olunan mərasimdə Ermənistanın 2-ci və 3-cü prezidentləri Robert Köçəryan və Serj Sərkisyan iştirak etmir. Birinci prezident Levon Ter Petrosyan və 23 yanvarda postundan istefaya getmiş Armen Sarkisyan da andiçmədə görünməyib.

Mərasimdə bütün ermənilərin katalikosu II Qaragin iştirak edir. Qeyd edək ki, V.Xaçaturyan 3 martda parlamentdə prezident seçilib. Müxalif “Hayastan” və “Şərəfim var” deputat fraksiyaları seçkilərə qatılmaqdan imtina etmişdilər.

Həmçinin oxuyun

Papa qadın məhbusların ayaqlarını yuyub öpdü

Katolik dünyasının ruhani lideri Papa Fransisk katoliklərin bu həftəsonu qeyd etməyə hazırlaşdıqları Pasxa mərasimləri çərçivəsində …