Çərşənbə , Mart 3 2021
Ana səhifə / Dünya / Köçəryan Paşinyanın komandasını “küçədən gələnlər” adlandırdı

Köçəryan Paşinyanın komandasını “küçədən gələnlər” adlandırdı

“Əsas qayğısı feysbukda bəyənmə sayı olan insanların küçəyə çıxdıqları rəsmi Yerevan diplomatik siyasətdə uğursuzluqlarla üz-üzə qalıb.

Bunu Ermənistanın sabiq prezidenti Robert Köçəryan “Sputnik Armenia”ya müsahibəsində deyib.

“Bir sıra qərarlar yanlış idi. Bu qərarları iki mərhələyə bölmək lazımdır – müharibəyədək, qəbul edilənlər və müharibənin gedişində qəbul olunanlar”, – Köçəryan “Qarabağda müharibənin nəticəsini nə müəyyən etdi” sualını cavablandırarkən belə danışıb.

O bildirib ki, səbəblərdən biri diplomatik cəbhədə uğursuqların olmasıdır.

“Danışıqlar dalana dirənmişdi, diplomatiyaya yer yox idi. Ancaq bu, siyasi təcrübəsi, geosiyasi reallıqlar haqqında təsəvvürləri olmayan insanların hakimiyyətə küçədən gəlmələrinin qanunauyğun nəticəsidir. Onlar bu günlə yaşayanlar, əsas qayğıları feysbukda layk olanlardır” – deyə R.Köçəryan qeyd edib.

Həmçinin oxuyun

Türkiyədə nadir hadisə: işıq saçan meteorit düşdü – VİDEO

Türkiyənin Şərqi Qaradəniz bölgəsində görünən meteorit bir neçə saniyəyə gecəni gündüzə çevirib. Hit.az xəbər verir …