Şənbə , Fevral 24 2024
Ana səhifə / Dünya / Kiyevdə etiraz aksiyası başladı – Minlərlə insan küçələrdə+Fotolar

Kiyevdə etiraz aksiyası başladı – Minlərlə insan küçələrdə+Fotolar

Kiyevdə minlərlə insanın iştirakı ilə mitinq başlayıb. “Qafqazinfo” xəbər verir ki, mitinqlə əlaqədar olaraq paytaxtda mərkəzi küçələr bağlanıb. Aksiyada Mixail Saakaşvilinin də tərəfdarları iştirak edir. 

Ali Rada və Prezident Administrasiyasının ətrafını isə gücləndirilmiş polis dəstələri mühasirəyə alıblar. Şəhərin mərkəzindəki Oktyabr sarayının qarşısında isə Milli Qvardiyanın döyüşçüləri düzülüblər. Jurnalistlərin sözlərinə görə, hətta parad zamanı paytaxtda bu qədər döyüşçü olmayıb.

Paytaxt administrasiyası məlumat yayaraq bildirib ki, mərkəzi küçələrə ictimai nəqliyyat, avtobusların girişi qadağan ediləcək.

Artıq minlərlə insan “Yeni güclərin hərəkatı”, “Batkivşina”, “İctimai mövqe” siyasi partiyalarının bayraqları ilə Ali Rada qarşısına toplanıb. Onlar deputat toxunulmazlığının ləğvini, seçki qanunvericiliyinin dəyişdirilməsini, həmçinin anti-korrupsiya məhkəməsinin yaradılmasını tələb edirlər.

Ümumilikdə ictimai asayişi təmin etmək üçün paytaxta 3500 polis və Milli Qvardiya dəstələri cəlb edilib.




Həmçinin oxuyun

Zelenski: “Putin müharibədə məğlub olmayana qədər heç vaxt dayanmayacaq”

Ukrayna prezidenti Volodimir Zelenski hesab edir ki, Rusiya prezidenti Vladimir Putin müharibəni uduzmasa və Ukraynanı …