Çərşənbə , Oktyabr 23 2019
Ana səhifə / Dünya / Kiyevdə deputatın çənəsini sındırıb Bakıya qaçan kimdir? – VİDEO

Kiyevdə deputatın çənəsini sındırıb Bakıya qaçan kimdir? – VİDEO

Ukrayna parlamentində Pyotr Poroşenkonun Blokunun deputatı olan Mustafa Nayemə naməlum şəxslər tərəfindən hücum olub. Virtualaz.org yerli mənbələrə istinadən xəbər verir ki, hadisə aprelin 30-da Kiyevdə baş verib.

M.Nayem özünün “Facebook” səhifısində hadisə ilə bağlı yazıb ki, yolda xuliqanlıq edən şəxslərlə sözü çəp gəlib. Daha sonra 4-5 nəfər onu döyüb.

Hazırda deputat xəstəxanadadır. Onun sözlərinə görə, hücum siyasi fəaliyyəti ilə əlaqədar deyil.

Patrul polisinin başçısı Yuri Zozul faktı təqdisləyib və bildirib ki, 4 nəfər şübhəli tutulub.

Mustafa Nayemon özünün dediyinə görə, onu döyən şəxs istintaqdan gizlənməyi bacarıb və Bakıya yola düşüb.

“Ən qəribə hadisələr dördüncü şəxslə bağlı baş verir. O, yoldaşlarının zəngindən sonra hadisə yerinə gələrək, mənə zərbələr endirib. Çox güman ki, dəstənin başçısı idi. Onu tutmağa söz vermişdilər, lakin məlum oldu ki, Borispoldan Bakıya uçub”, – Nayem sosial şəbəkədə yazıb.

Saxlanılan şübhəlilərin kimliyi barədə məlumat verilmir.

Həmçinin oxuyun

Putinlə 6 saatlıq görüş: Ərdoğan tarixi razılaşmanı açıqladı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyaya səfər edib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla rusiyalı həmkarı Vladimir …