Şənbə , Mart 2 2024
Ana səhifə / Dünya / Kiyevdə bakılı sərnişinləri çılpaq qadın qarşıladı – “Buta Airways”ə etiraz

Kiyevdə bakılı sərnişinləri çılpaq qadın qarşıladı – “Buta Airways”ə etiraz

Kiyev aeroportunda Femen fəalı gözləmə zalında sərnişinlərin qarşısına yarıçılpaq halda çıxaraq Ukraynaya seks-turlarına etirazını bildirib.

“Qafqazinfo” xəbər verir ki, qadın Bakı reysi ilə gələn sərnişinləri əlində “Tofiq” və “Zakir” plakatları ilə qarşılayıb.

Femen-in saytında bildirilib ki, aksiya Azərbaycan hava yollarının Kiyevə seks-turlara təşviq edən video çarxına cavab idi .

Qeyd edək ki, video çarxın süjetində qəhrəman qoz-fındıq alaraq Kiyev reysinə minir. Daha sonra Ukraynanın paytaxtında yerli qızlar “Zakir və “Tofiq” yazılan plakatlarla Bakıdan gələn sərnişinləri gözləyirlər.

 

Həmçinin oxuyun

“Prioritetimiz Ukrayna deyil, ölkənin sərhədidir” – Mayk Conson

“Prioritetimiz ölkənin cənub sərhədindəki böhranı həll etməkdir, Ukraynaya kömək üçün vəsait ayırmaq deyil”.Bunu ABŞ Nümayəndələr …