Şənbə , Aprel 20 2024
Ana səhifə / Dünya / Kiyev yenidən atəşə tutuldu, həlak olan və yaralananlar var

Kiyev yenidən atəşə tutuldu, həlak olan və yaralananlar var

Rusiya Silahlı Qüvvələrinin Ukraynanın paytaxtı Kiyevin Podolsk rayonundakı yaşayış məhəllələrini atəşə tutması nəticəsində bir nəfər həlak olub, 4 nəfər xəsarət alıb. Bu barədə Fövqəladə Vəziyyət üzrə Dövlət Xidməti məlumat yayıb.

Bildirilib ki, raket zərbəsinin endirildiyi ərazidə yanğın başlayıb.

***

11:15

Rusiya Silahlı Qüvvələri Ukraynanın paytaxtı Kiyevin Podolsk rayonundakı yaşayış məhəllələrini atəşə tutub. Bu barədə Kiyev Şəhər Administrasiyası teleqramda məlumat yayıb.

“Hadisə yerində artıq xilasedici və tibb işçiləri işləyir. Yaşayış binalarının dağıntı xarakteri, miqdarı və zərərçəkmişlərin sayı dəqiqləşdirilir”, – məlumatda qeyd olunub.

Həmçinin oxuyun

Vladimir Kazimirov öldü

Tanınmış rusiyalı diplomat, ATƏT-in Minsk qrupunun Rusiyadan olan ilk həmsədri Vladimir Kazimirov 95 yaşında ölüb …