Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Dünya / Kiyev və Dneprdə güclü partlayışlar oldu – Video + Yenilənir

Kiyev və Dneprdə güclü partlayışlar oldu – Video + Yenilənir

Bu gün səhər saatlarında Ukraynanın paytaxtı Kiyevdə və Dnepr şəhərində güclü partlayışlar baş verib.

“ Azinforum.az ” Ukrayna mediasına istinadən xəbər verir ki, paytaxtda 4 güclü partlayış səsinin eşidildiyi bildirilir.

Dneprdə isə azı 3 partlayışın baş verdiyi qeyd olunur.

***

Ukrayna daxili işlər nazirinin müşaviri Anton Geraşenkonun sözlərinə görə, Kiyevə atılan raketlərdən biri Vladimirskaya küçəsinə düşüb. Bildirilir ki, Ukrayna Təhlükəsizlik Xidmətinin ofisi məhz bu küçədə yerləşir. Həmçinin Ukrayna Prezidenti Volodimir Zelenskinin ofisi də həmin əraziyə yaxın məsafədədir.

***

Ukrayna mediası Kiyev və Dneprlə yanaşı, Jitomir, Xmelnitski vilayətlərində, Ternopil, Lvov, Obuxov şəhərlərində də partlayışların baş verdiyini yazır.

***

A. Geraşenko Kiyevə atılan reaktiv daşıyıcının uşaq meydançasına düşdüyünü bildirib. O, hadisə yerindən foto da paylaşıb.

https://ok.ru/videoembed/4131872311914

Həmçinin oxuyun

Simonyan Rusiyaya işğalçı dedi – Moskvadan qorxaq cavab 

Alen Simonyan bütün ağlasığmaz sərhədləri keçib. Axar.az xəbər verir ki, bu sözləri Rusiya Federasiya Şurasının …