Şənbə , Avqust 13 2022
Ana səhifə / Dünya / KİV: “Türkiyə-Ermənistan sərhədi minalardan təmizlənir”

KİV: “Türkiyə-Ermənistan sərhədi minalardan təmizlənir”

Türkiyə ilə Ermənistan arasında sərhədin minalardan təmizlənməsinə başlanılıb.

“Report” xəbər verir ki, bu barədə “gazeteKars” məlumat yayıb.

Bildirilib ki, Türkiyə-Ermənistan sərhədinin minalardan təmizlənməsini İsrail şirkət həyata keçirir. Qeyd edilib ki, Qars əyalətinin Hakyaka rayonunun İbiş kəndində 20 gündür minalardan təmizləmə işləri görülür.

Məlumata görə, gündəlikdə duran əsas məsələ “Doğukapı” sərhəd-keçid məntəqəsinin, “Alican” avtomobil və dəmir yolunun açılmasıdır.

Rəsmi qurumlara məsələni şərh etməyib.

Həmçinin oxuyun

Mariya Ovsyannikova ev dustağı edildi

Rusiyanın Birinci televiziya kanalının canlı efirdə Ukraynada xüsusi əməliyyata qarşı etiraz aksiyası keçirmiş redaktoru Mariya …