Ana səhifə / Dünya / “Kim pul verir, onun üçün oxuyurlar” – Lukaşenko

“Kim pul verir, onun üçün oxuyurlar” – Lukaşenko

Belarus Prezidenti Aleksandr Lukaşenko bildirib ki, seçki kampaniyası zamanı saxlanılanlar arasında Amerika pasportuna sahib, amerikalı ilə evli olan, Dövlət Departamentində işləyən insanlar da var.

Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, Belarus liderinin fikrincə, həmin şəxslər ölkədəki sabitliyi pozmağı qarşılarına məqsəd qoyublar.

“Bu təkcə özəl hərbi şirkətin üzvlərinin saxlanılması ilə bağlı deyil. Hökumətə onların adları, soyadları, şifrələri və məxfi görüşləri bəllidir”.

Lukaşenkonun sözlərinə görə, belə şəxslər Belarusda az deyil, onların hamısı pula aldanıblar. Kim pul ödəyir, onun üçün oxuyurlar.

“Rusiyada seçki kampaniyasında iştirak etdilər və yaxşı pul qazandılar. İndi də Belarusda dəstək almağa girişiblər. Düşünürəm ki, onları amerikalılar müdafiə etməyə başlayacaq”.

Həmçinin oxuyun

Papa qadın məhbusların ayaqlarını yuyub öpdü

Katolik dünyasının ruhani lideri Papa Fransisk katoliklərin bu həftəsonu qeyd etməyə hazırlaşdıqları Pasxa mərasimləri çərçivəsində …