Şənbə , Aprel 20 2024
Ana səhifə / Dünya / Kim Çen In və atasının pasport saxtakarlığı üzə çıxdı

Kim Çen In və atasının pasport saxtakarlığı üzə çıxdı

Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen In və onun atası Kim Çen İrin Braziliya pasportu əldə etdikləri üzə çıxıb.

“Qafqazinfo” TRT-yə istinadən xəbər verir ki, 1990-cı illərdə Avropa ölkələrindən viza almaq və səfər edə bilmək üçün Kim Çen İr özü və hazırda prezident olan övladı Kim Çen In üçün saxta pasport hazırladıb.

Ehtimal olunur ki, hakim ailənin nümayəndələri bu pasportlarla Braziliya, Yaponiya və Honkonqa gedə bilib.

Qeyd edək  ki, Çexiyanın Braziliyadakı səfirliyi tərəfindən verilən pasportlar 26 fevral 1996-cı ildən 26 fevral 2006-cı il tarixinə qədər etibarlı olub.

Braziliya Xarici İşlər Nazirliyi məsələ ilə bağlı təhqiqat başladıb.

Həmçinin oxuyun

Hindistan əhalinin sayına görə dünyada birinci yerdə oldu

Hindistan əhalisinin sayına görə dünyada lider ölkə olub. APA xəbər verir ki, bu barədə BMT-nin …