Cümə axşamı , Dekabr 3 2020
Ana səhifə / Dünya / Kılıçdaroğlunun döyülməsinə Davutoğludan sərt reaksiya

Kılıçdaroğlunun döyülməsinə Davutoğludan sərt reaksiya

Yeni partiya quracağı iddia olunan sabiq baş nazir Əhməd Davutoğlu Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Kamal Kılıçdaroğlunun hücuma məruz qalmasına münasibət bildirib.

Kılıçdaroğlu “acılarımızı təxribatlara alət etmək istəyənlərə izn vereməyəcəyik”, deyə bildirib.

Davutoğlu Tviter hesabında paylaşdığı qeyddə bildirib ki, siyasi liderlər qütbləşdirici siyasi çıxışlardan uzaq durmalıdırlar.

O, Hakkari vilayətində şəhid olmuş hərbçilərdən birinin dəfn mərasimində CHP lideri Kılıçdaroğluna qarşı hücumu kəskin şəkildə pislədiyini deyib

Qeyd edək ki, Ankaranın Çubuk rayonunda şəhidin dəfn mərasimində iştirak edən Kamal Kılıçdaroğluna bir qrup şəxs hücum edərək ona zərbələr endirib. Teleqraf.com

Həmçinin oxuyun

Koronavirus bütün dünyada tüğyan edir – STATİSTİKA

Dünyada yeni növ koronavirus infeksiyasına (COVID-19) yoluxanların sayı 64 milyon 844 min 771 nəfərə çatıb. …