Bazar , Noyabr 29 2020
Ana səhifə / Dünya / Kılıçdaroğluna hücum edənlərin kimliyi məlum oldu – FOTOLAR

Kılıçdaroğluna hücum edənlərin kimliyi məlum oldu – FOTOLAR

Xəbər verdiyimiz kimi, Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu Ankarada şəhid hərbçi Yener Kırıkcının yas mərasimində bir qrup şəxsin hücumuna məruz qalıb.Təhlükəsizlik qüvvələrinin əməkdaşları partiya sədrini qəzəbli kütlənin əlindən alıb. Partiya sədri hadisə yerindən zirehli maşınla uzaqlaşdırılıb. 

CHP liderinə hücum edən 6 nəfərin kimliyi məlum olub. Faktla bağlı araşdırma aparılır. Həmin şəxslər saxlanılaraq, qanunvericilik çərçivəsində barələrində cəza tədbirləri görüləcək.

Azvision.az 

Həmçinin oxuyun

Putin Təhlükəsizlik Şurasını yenə topladı

Rusiya Prezidenti Vladimir Putin bu gün Rusiya Təhlükəsizlik Şurasının daimi üzvləri ilə toplantıda Dağlılq Qarabağdakı …