Ana səhifə / Dünya / Kılıçdaroğluna dəfn mərasimində hücum – VİDEO

Kılıçdaroğluna dəfn mərasimində hücum – VİDEO

Ankaranın Çubuk rayonunda şəhidin dəfn mərasimində CHP sədri Kamal Kılıçdaroğluna hücum ediblər.

Virtualaz.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, Hakkaridə terrorçular tərəfindən qətlə yetirilmiş əsgər Yener Kırıkçının dəfnində xoşagəlməz anlar yaşanıb.

Çubuk rayonunun Akkuzu məhəlləsindəki dəfn mərasimində Ankara böyük şəhər bələdiyyəsinin sədri, CHP üzvü Mansur Yavaşla birlikdə partiyanın sədri Kamal Kılıçdaroğlu da iştirak edib. Bir qrup şəxs Kılıçdaroğluna hücum edərək, ona zərbələr endirib.

Hazırda CHP sədrinin vəziyyətinin kafi olduğu bildirilir.

Həmçinin oxuyun

Papa qadın məhbusların ayaqlarını yuyub öpdü

Katolik dünyasının ruhani lideri Papa Fransisk katoliklərin bu həftəsonu qeyd etməyə hazırlaşdıqları Pasxa mərasimləri çərçivəsində …