Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Dünya / Kılıçdaroğluna Ərdoğanla bağlı sənədlər ABŞ-dan göndərilib? – İDDİA

Kılıçdaroğluna Ərdoğanla bağlı sənədlər ABŞ-dan göndərilib? – İDDİA

Türkiyənin Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlunun Prezident Rəcəb Tayyib Ərdoğana qarşı səsləndirdiyi iddialarla bağlı təqdim etdiyi sübutların hansı ölkədən gəldiyi açıqlanıb..

Bununla bağlı Türkiyənin “Yeni Şəfəq” qəzeti məlumat yayıb.

Bildirilib ki, sənədlər ABŞ-da yaşayan və kimliyi məlum olmayan şəxs tərəfindən elektron formada Türkiyəyə göndərilib. Türkiyədə isə həmin sənədləri CHP nümayəndələrindən biri qəbul edib.

Nəşr hazırda həmin şəxslərin kimliyinin araşdırıldığını bildirilib. İlkin ehtimalda e-poçtun Fətullah Gülənin yaşadığı Pensilvaniya ştatından göndərildiyi qeyd edilib/Teleqraf.com.

Həmçinin oxuyun

“Paşinyan da bunu başa düşür” – Ərdoğan

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Cənubi Qafqaz regionunda yeni nizam yaradılır və Ermənistanın …