Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Dünya / Kılıçdaroğlu yeni Türkiyə hədəflərini AÇIQLADI

Kılıçdaroğlu yeni Türkiyə hədəflərini AÇIQLADI

Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu yeni hədəfləri ilə bağlı açıqlama verib.

İqtidara gələcəkləri təqdirdə Türkiyənin yeni hədəflərinin nə olacağı ilə bağlı CHP tərəfindən tədbir keçirilib.

“Türkiyənin ikinci yüz ilinə çağrı” adlı tədbirdən öncə “Twitter” hesabından paylaşım edən Kılıçdaroğlu, “Çempionlar Liqası heyətimiz hazırdır” yazıb. 

CHP lideri İstanbul Lütfi Kırdar Konqres Mərkəzində keçirilən vizyon toplantısında Türkiyəni iqtisadi böhrandan çıxaracaq sabit böyümə modelini açıqlayıb.

O deyib ki, məsələ sadəcə iqtidara gəlmək deyil, Mustafa Kamal Atatürkün böyük xəyalına sahib çıxmaqdır. 

Siyasətçi ölkəyə texnoloji inkişafların və investisiyaların cəlb edilməsi, məşğulluğun artırılması və pul siyasətinin “yol xəritəsi”ni açıqlayıb.

Kamal Kılıçdaroğlu bildirib ki, Türkiyədə hər şey çox gözəl olacaq: 

“Bu gün sizi Türkiyə üçün oyanmaq, ayağa qalxmaq və böyümək vizyonunu ortaya qoymağa dəvət etdik. Bu gün xalqımızdan nə üçün səs istəyəcəyimizi öyrənəcəksiniz. Sadəcə tək bir namizəd üçün səs istəyəcəyik. İndi xalqımızdan hamı üçün daha yaxşı bir həyat, yeni bir nizam, yeni bir Türkiyə xəyalı, yeni siyasi mədəniyyət və hətta yeni siyasətdən də üstün anlayışa səs vermələrini istəyirik”.

O, mövcud böhran vəziyyətindən çıxacaqlarına inandığını söyləyib:

“Bu böhran birlikdə çıxacağıq. Əsl çətin olan iş ölkənin yenidən böhrana sürüklənməsinin qarşısını almaqdır. 

Çünki bu ölkə daima böhranlar yaşayıb və indi də böhranın içərisindədir. Xalqımız çox əzablar çəkib, amma bu gün taleyi dəyişmək günüdür. Bunun üçün idarəetmə sistemini, təkadam rejimini kökündən dəyişdirəcəyik. Tək adam rejimi bitsin. Biz yeni bir tək adam axtarmarıq”.

Partiya sədri sözlərinə belə davam edib:

“Partiyamızın ikinci yüz ilə çağırış bəyannaməsində bəyan etdiyimiz kimi, bu gün ölkəmiz üzərindəki qara buludları dağıdacağıq. Türkiyəni müasir sivilizasiyaya çatdırmaq və onun öhdəsindən gəlmək əzmindəyik. Müəssisələri yenidən qurulan, sistemi qanuni çərçivəyə salınan, ictimai etimadın və sülhün hökm sürdüyü, bölgəsində sülh və rifahın mərkəzinə çevrilmiş Türkiyəni quracağıq”.

CHP sədri 70 nəfərdən ibarət güclü bir heyət qurduğunu deyib. O, həmçinin qısa müddət ərzində Almaniyaya səfər edəcəyini də açıqlayıb.

Cebhe.info

Həmçinin oxuyun

Senat Ukrayna və İsrailə yardım paketini təsdiqləyib

ABŞ Senatında Ukrayna, İsrail və Tayvana hərbi yardım göstərilməsi, Rusiyanın dondurulmuş aktivlərinin Kiyevə verilməsi üçün …