Çərşənbə axşamı , May 30 2023
Ana səhifə / Dünya / “Kılıçdaroğlu Özdağa 3 nazirlik təklif edib” – Ərdoğan

“Kılıçdaroğlu Özdağa 3 nazirlik təklif edib” – Ərdoğan

Sinan bəylə prinsipial mövzularda danışdıq. Türk dünyası və terrorla bağlı Sinan Oğanla həmfikirik.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Kanal D”-“CNN Türk”ün birgə yayımında deyib.
O qeyd edib ki, Sinan Oğana suriyalı miqrantlarla bağlı mövqeyini diqqətə çatdırıb.
“Suriyada Qətərin dəstəyi ilə 1 milyon qaçqını yerləşdirə biləcəyimiz evlərin tikintisinə başlayacağıq. Bu evlər maksimum 1 ilə təhvil veriləcək. Hazırda Türkiyə, Rusiya, İran və Suriya dördtərəfli danışıqlar aparır. İnanıram ki, bu danışıqlarla suriyalı qardaş və bacılarımız öz torpaqlarına qayıdacaqlar. 600 minə yaxın qaçqın geri qayıtdı və biz terrorla mübarizəmizdə uğur qazandıqca bu, sürətlənəcək”, – Ərdoğan bildirib.Türkiyə Prezidenti vurğulayıb ki, Kamal Kılıçdaroğlu Ümit Özdağa 3 nazirlik təklif edib.

Həmçinin oxuyun

Ukrayna Ali Radası Gürcüstanın adını dəyişdirdi

Ukrayna Ali Radası Gürcüstanın adının dəyişdirilməsi ilə bağlı qanun layihəsi qəbul edib. Qərara əsasən, rəsmi …