Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu partiya liderliyindən istefa verib.
Bu barədə Kılıçdaroğlu partiyanın qrup toplantısında bildirib.
“Bu gün sədr kürsüsü ilə vidalaşmaq üçün buradayam. Vidalaşmaq asan deyil”, – o deyib.
Qeyd edək ki, Kamal Kılıçdaroğlu Türkiyənin 6 siyasi partiyasını birləşdirən “Millət ittifaqı”nın prezidentliyə vahid namizədi seçilib.