Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Dünya / Kennedinin qətli ilə bağlı 13 mindən çox yeni material açıqlanıb

Kennedinin qətli ilə bağlı 13 mindən çox yeni material açıqlanıb

ABŞ administrasiyası 1963-cü ildə ABŞ-ın 35-ci prezidenti Con Kennedinin qətli ilə bağlı yeni materiallar dərc edib.

“Report” TASS-a istinadən xəbər verir ki, ABŞ-ın Milli Arxivlər və Qeydlər Administrasiyasının saytında əvvəllər məxfi sayılan 13 mindən çox sənəd dərc olunub, onların hamısına baxmaq və yükləmək mümkündür.

“Kolleksiyanın əhəmiyyətli hissəsi artıq 1990-cı illərin sonundan heç bir məhdudiyyət olmadan ictimaiyyətə təqdim olunub. İndi bugünkü nəşrdən sonra kolleksiyadakı bütün materialların 97 %-dən çoxu mövcuddur”, – ABŞ Milli Arxivinin və Qeydiyyat İdarəsinin mətbuat xidməti bildirib.

Bununla belə, bəzi sənədlər ABŞ administrasiyasının qərarı ilə hələ də məxfi olaraq qalır. Prezident Cozef Baydenin sənədlərin yayımlanmasına dair memorandumunda vurğulandığı kimi, “sənədlərə baxılarkən, hökumət idarələri ictimaiyyətə açıqlanmasının gecikdirilməli olduğu məlumatları ehtiva edən məhdud sayda qeydlər müəyyən edib”.

Ağ Ev izah edib ki, bu, “müdafiə, kəşfiyyat əməliyyatları, hüquq-mühafizə fəaliyyətləri və ABŞ-ın xarici siyasətinin həyata keçirilməsinə xüsusi zərər vurmamaq üçün lazımdır”. Bu halda, administrasiyaya görə, potensial zərər ictimai maraqdan daha çox olacaq.

Həmçinin oxuyun

Vanqanın proqnozları ortaya çıxdı: May-dekabr aylarında dünyanı nə gözləyir?

Dünyaca məşhur görücü Vanqa 2024-cü ildə bir çox xoşagəlməz hadisələrin baş verəcəyini proqnozlaşdırıb. Lent.az xarici …