Şənbə , Dekabr 5 2020
Ana səhifə / Dünya / “Kediciklər”in yeni bağlantıları ortaya çıxdı… – FOTOLAR

“Kediciklər”in yeni bağlantıları ortaya çıxdı… – FOTOLAR

Adnan Oktar və qrupuna qarşı yönəlmiş istintaq çərçivəsində şübhəli şəxslərdən ələ keçirilən materiallar əsasında yeni şok məlumat və bağlantılar ortaya çıxıb. 

Bu barədə Türkiyə mediası xəbər verir. Məlumata görə, A.Oktarın “kedicikləri”nin FETÖ-nün ən üst səviyyəli isimləri ilə mütəmadi şəkildə əlaqələri olub.

“Kediciklər”dən Aslıhan Hantal keçmiş vəkil İlhan İşbilən və “Zaman” qəzetinin sahibi Aleaddin Kaya ilə tez-tez əlaqə yaradıb.

Aslıhan Hantal ile ilgili görsel sonucu

Aslıhan Hantal 

Bundan başqa, Fatma Ceyda Ertüzün adlı “kediciyin” də bağlanan Fateh Universitetinin rektoru Şerif Ali Tekalan, Fətullah Gülənin vəkili Abdulkadir Aksoy və FETÖ-nün imamı kimi tanınan Osman Karakuş ilə görüşdüyü ortaya çıxıb.

Fatma Ceyda Ertüzün ile ilgili görsel sonucu

Fatma Ceyda Ertüzün

Araşdırmalar zamanı məlum olub ki, adıçəkilən “kediciklər” terror qruplaşması FETÖ-nün fərari isimlərindən olan Önder Aytaç ilə də görüşüblər. (Musavat.com)

Həmçinin oxuyun

Ermənistanda son üç gün ərzində süd məhsulları, çörək-un məmulatları və qida məhsulları kimi istehlak mallarının …