Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Dünya / Keçmiş MKİ direktoru: “Tramp cəfəngiyyat danışır”

Keçmiş MKİ direktoru: “Tramp cəfəngiyyat danışır”

ABŞ Mərkəzi Kəşfiyyat idarəsinin keçmiş direktoru Con Brennan yenidən prezident Donald Trampı hədəf alan sözlərlə çıxış edib.

O, 2016-cı il prezident seçkilərində Rusiyanın müdaxiləsinin olmadığı barədə Ağ Evin indiki rəhbərinin dediklərini tam cəfəngiyyat adlandırıb.

“Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov mənimlə 2016-cı ilin avqustunda etdiyi telefon söhbəti zamanı Rusiyanın bu işlərin içində olmadığını deyən zaman artıq onun yalan danışdığını bilirdim”, – 2013-cü ilin martından 2017-ci iln yanvarına qədər MKİ-yə rəhbərlik edən Con Brennan “The New York Times” qəzetinə bildirib.

Brennan davam edir: “Direktor olduğum illərdə Bortnikovun Rusiya xüsusi xidmət orqanlarının Moskvada fəaliyyət göstərən ABŞ diplomatlarına qarşı davranışlarını (diplomatlar hər an addımlarının izlənildiyindən, toxunulmazlıqlarına rəğmən hətta yersiz yerə saxlanılıb yoxlanılmaqdan, evlərinə girən “oğrular”dan şikayət edirdilər-red.) həyasızılqla inkar etməsindən təngə gəlmişdim. Bundan başqa, Rusiya dəfələrlə Suriyada və Ukraynanın şərqində atəşkəslə bağlı bizimlə əldə olunan razılaşmalara məhəl belə qoymayıb”.

Müəllif bu səbəbədən Rusiyanın bu işdə əlinin olmasının inkar edlməsini yolverilməz hesab edir. Brenanın firkincə, 2016-cı ilin iyulunda Trampın bir mitinq zamanı “Rusiyanı Hillari Klintona qarşı daha çox kompromat tapmağa çağırması” ABŞ kəşfiyyat orqanlaırnın işinə çox mane oldu.

“Bu cür döyüş çağırışı Trampın qələbə naminə hələ öz müşavirlərini nə cür əməllərə sövq etdiyi barədə təsəvvür əldə etməyə imkan verir”.

Sonda Brennan ABŞ prezidentinin onun məxfi materiallara çıxışdan məhrum etmək barədə verdiyi qərarına toxunub. Brennan Trampın bu addımını “siyasi motivli” və “ona meydan oxuya biləcək insanları susdurmağa məcbur etmək cəhdi” kimi qəbul edir.

O , prokuror Müllerin və komandasının indi Ağ Ev tərəfindən hər hansı bir kənar müdaxilə olmadan işi müvəffəqiyyətlə görərək başa çatdırmasının hər şeydən önəmli olduğunu söyləyib. (Musavat.com)

Həmçinin oxuyun

Avropa Komissiyası İrana qarşı sanksiyaları genişləndirə bilər

Avropa İttifaqının rəhbərliyi aprelin 14-nə keçən gecə İsrailə hücuma görə İrana qarşı sanksiyaların genişləndirilməsi məsələsinə …