Çərşənbə , Yanvar 27 2021
Ana səhifə / Dünya / Keçmiş erməni siyasi məhbus: “Ermənistanı “gəzəyən arvad” kimi damğalayıblar”

Keçmiş erməni siyasi məhbus: “Ermənistanı “gəzəyən arvad” kimi damğalayıblar”

“Ermənistanda qeyri-müəyyənlik yoxdur. Burda hər şey həll olunub. Kriminal oliqarxiya da özünə möhkəm yer edib. Hakimiyyət isə irsən ötürülməyə başlayıb”.

Bu sözləri Lragir.am saytına müsahibəsində keçmiş deputat və siyasi məhbus Azat Arşakyan söyləyib.

Onun sözlərinə görə, ilk növbədə özümüzə belə bir sual vermək lazımdır ki, “erməni xalqı öz ölkəsində hakimiyyət formalaşdırmaq imkanındadırmı?” Arşakyan bunu istisna edir: “İqtidardakılar manekenlər, əlaltılardır. Onların qərarlarının qara qəpiklik də əhəmiyyəti yoxdur, çünki hakimiyyətlərinin mənbəyi erməni xalqı deyil. Onlar əlbəttə, narahatdırlar ki, görəsən hakimiyyətdə saxlanacaqlarmı? Bu mənada Rusiyadakı mart seçkilərinin və Rusiya dövlətinə qarşı sanksiyaların çox mühüm önəmi var. Həmin sanksiyalarda xüsusi qeyd olunur ki, Rusiya imperiyası qonşu dövlətlərin suverenliyinə qəsd edir, orada özünə sərfəli hakimiyyətlər və rejimlər qurmağa çalışır”.

Daha sonra Ermənistanda iqtisadi tənəzzülün davam etməsinə diqqət çəkən eks-deputat Sərkisyan rejiminin ölkənin iqtisadi inkişafına qarşı olduğunu deyir. “Qonşu Türkiyədə iqtisadi artım 11.5% olub. Ermənistanda isə 6%-i uğur adlandırırlar. Bu, o deməkdir ki, bu adamlar istəyirlər ki, biz düşməndən geri qalaq və aciz durumda olaq. Onlar imperiyaya qulluq edirlər. Əks halda, çoxdan hakimiyyətdən kənarlaşdırılmışdılar”, – deyə o qeyd edib.

Sabiq siyasi məhbus hesab edir ki, Ermənistandakı indiki hakim qüvvə ölkəni baş tutmayan dövlətə çevirməklə məşğuldur: “Erməni xalqı isə müasir dövlət olmaq istəyir. İndi isə avropalılar deyir ki, əməkdaşlığa hazırdırlar, onlar Ermənistanın timsalında yaxşı tərəfdaş görürlər. Rusiya Ermənistandan əl götürməli, onun müstəqilliyini tanımalıdır. Ayrılmanın, boşanmanın səbəbi artıq elan edilib – bizi “gəzəyən arvad” adlandırıblar. Bu isə boşanmaq üçün başlanğıc və əsasdır”. (Musavat.com)

Həmçinin oxuyun

Paşinyan ombudsmanı istefaya göndərmək istəyir

Ermənistanın hakim “Mənim addımım” fraksiyası ombudsman Arman Tatoyanın istefasını istəyir. Bu barədə “Joxovurd” yazıb. “Söhbət …