Şənbə , Sentyabr 25 2021
Ana səhifə / Dünya / Kazandakı atışmada şagirdlər məktəbin pəncərələrindən tullanıblar – VİDEO

Kazandakı atışmada şagirdlər məktəbin pəncərələrindən tullanıblar – VİDEO

Rusiyanın Kazan şəhərindəki məktəbdə baş vermiş atışma zamanı şagirdlər canlarını qurtarmaq üçün özlərini məktəbin pəncərələrindən atmağa məcbur qalıblar.

Hadisənin videogörüntüləri yayılıb.

Yaxınlıqdakı binalardan birindən çəkilmiş videogörüntülərdə iki şagirdin özünü binanın üçüncü mərtəbəsindən atdığını görmək olar. Bu zaman atəş səsləri eşidilir.

Digər şagirdlər aşağı mərtəbədəki pəncərələrdən atlayaraq qaçmağa çalışıblar.

Son məlumatlara görə, atışmada 13 nəfər həlak olub. Atəş açan saxlanılıb.

Həmçinin oxuyun

Bəşər Əsəddən CHP liderinə şok dəvət: “Dəməşqə gəlin…”

Suriya Prezidenti Bəşər Əsəd Türkiyənin müxalifətdə olan Cümhuriyyət Xalq partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlunu ikitərəfli …