Şənbə , Aprel 20 2024
Ana səhifə / Dünya / Kaxa Kaladze Tbilisi meri seçilir

Kaxa Kaladze Tbilisi meri seçilir

“Exit-poll”un nəticələrinə əsasən, Gürcüstanda keçirilmiş yerli idarəetmə orqanlarına seçkilərdə Tbilisi meri vəzifəsinə hakim “Gürcü Arzusu” Partiyasının namizədi Kaxa Kaladze 54 faiz səs toplayıb.

APA-nın məlumatına əsasən, “exit poll” Edison Research təşkilatı tərəfindən həyata keçirilib.

Nəticələrə əsasən, Gürcüstan paytaxtının mer vəzifəsinə müxalif Vahid Milli Hərəkat Partiyasının namizədi Zaal Udumaşvili 15 faiz, müstəqil namizəd Aleko Elisaşvili 14 faiz, müxalif “Avropalı Gürcüstan” Partiyasının namizədi Elene Xoştariya isə 7 faiz səs əldə edib.

Həmçinin oxuyun

Hindistan əhalinin sayına görə dünyada birinci yerdə oldu

Hindistan əhalisinin sayına görə dünyada lider ölkə olub. APA xəbər verir ki, bu barədə BMT-nin …