Şənbə , Dekabr 4 2021
Ana səhifə / Dünya / Kaxa Kaladze ikinci dəfə Tbilisi meri seçildi

Kaxa Kaladze ikinci dəfə Tbilisi meri seçildi

Kaxa Kaladze 55,6% səslə növbəti 4 il müddətinə Tbilisi şəhərinin meri seçilib. Bu, Gürcüstan Mərkəzi Seçki Komissiyasının paytaxt üzrə 769 seçki məntəqəsinin 768-də (99,87%) səsləri saymasından sonra məlum olub.

Onun rəqibi – müxalif Vahid Milli Hərəkat Partiyasının namizədi Nika Meliya isə 44,4% toplayıb.

Qeyd edək ki, Kaladze Tbilisi meri vəzifəsinə ilk dəfə 2017-ci ilin noyabrında seçilib. O, siyasi karyerasına 2012-ci ildə o zamankı müxalif, hazırkı hakim Gürcü Arzusu Partiyasında başlayıb. Hazırda o “Gürcü Arzusu”nun əsas liderlərindən biridir. 43 yaşlı keçmiş məşhur futbolçu paytaxt meri seçilməzdən öncə 2012-ci ilin oktyabrından energetika naziri postunu tutub.

Həmçinin oxuyun

Azərbaycanlı molla əl-İrəvani İraq şiələrinin lideri olacaq

İraq şiələrinin yeni lideri milliyyətcə azərbaycanlı din xadimi ola bilər. Bu haqda Türkiyədə nəşr olunan …