Ana səhifə / Dünya / Katolikos: “Ermənistan erməni diasporunu məyus etdi”

Katolikos: “Ermənistan erməni diasporunu məyus etdi”

Erməni diasporu Ermənistanla bağlı məyusluq yaşamağa başlayıb. Bu barədə Böyük Kilikiya Evinin katolikosu I Aram Facebook-da yazıb.

O, 2022-ci ilin diaspor ili elan edilməsinin ciddi səbəbləri olduğunu qeyd edərək, ermənilərin böyük əksəriyyətinin diasporda yaşadığını bildirib. Onun sözlərinə görə, diaspora “kiçilməyə və solmağa” başlayıb.

“Xüsusilə son bir neçə ildə, ikinci Qarabağ müharibəsindən sonra, diaspor özünə qarşı biganəlik nümayiş etdirməyə, Ermənistana münasibətdə məyus olmağa başladı. Gənclər həyatımızdan, ümumi həyatımızdan, qurumlarımızdan uzaqlaşmağa başlayıb”, – deyə Aram yazıb.

Həmçinin oxuyun

“Xarkovda 23 yaşayış məntəqəsini azad etmişik” – Ukraynalı general

Ukrayna Ordusu mayın 5-dən Xarkov istiqamətində 23 yaşayış məntəqəsini azad edib. Bu barədə briqada generalı, …