Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Dünya / Kataloniya rəhbəri müstəqilliyin elan olunmasından imtina etdi

Kataloniya rəhbəri müstəqilliyin elan olunmasından imtina etdi

Kataloniya rəhbəri Karles Puçdemon bu gün iki fərqli açıqlama ilə çıxış edib.

Virtualaz.org xarici KİV-ə istinadən bildirir ki, o, əvvəlcə regionun İspaniyadan ayrılaraq müstəqil dövlət qurmağa haqqının olduğunu bəyan edib. Vurğulayıb ki, Kataloniya respublika quruluşlu müstəqil dövlət olmalıdır.

İkinci açıqlamasında isə Karles Puçdemon parlamenti müstəqillik elan etməyi dayandırmağa çağırıb.

O, razılaşdırılmış qərarın qəbul edilməsi üçün rəsmi Madridlə dialoqa başlamağın lazım olduğunu bildirib.

Qeyd edək ki, onun son açıqlamasından əvvəl “Bloomberg” ictimaiyyət qarşısında regionun müstəqilliyi barədə bəyanat verəcəyi təqdirdə Kataloniya rəhbərinin həbs olunacağı barədə məlumat yaymışdı.

Həmçinin oxuyun

“Paşinyan da bunu başa düşür” – Ərdoğan

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Cənubi Qafqaz regionunda yeni nizam yaradılır və Ermənistanın …