Bazar , Noyabr 29 2020
Ana səhifə / Dünya / Kataloniya böhranı Avropanın qədim dövlətinin varlığını təhlükəyə atıb

Kataloniya böhranı Avropanın qədim dövlətinin varlığını təhlükəyə atıb

İspaniyada bu gün parlament seçkiləri keçirilir. 36,8 milyon seçici siyasi böhranın tüğyan etdiyi bir dövrdə ölkəni idarə edəcək 350 deputatı və 208 senatoru seçməlidir.

Xarici və yerli mətbuatın qeyd etdiyi kimi, vaxtilə Avropada ən sabit və inkişaf etmiş dövlətlərdən biri sayılan İspaniya indi Kataloniya böhranı, radikal sağın yüksəlişi, işsizlik kimi dərin problemlərlə boğuşur. Kataloniya məsələsi isə ölkənin ərazi bütünlüyünü və hətta varlığını təhlükəyə atıb.

Qeyd olunur ki, 2017-ci il oktyabrın 1-də qanunsuz referendum keçirmək üstündə hazırda 12 kataloniyalı siyasətçi məhkəmə qarşısında dayanıb. Onlardan 5-i deputat və ya senator kimi bu seçkilərdə namizədliklərini irəli sürüb.

Kataloniya problemi ölkədə ispan millətçiliyini də yüksəldib. Seçkidə iştirak edən sağ mərkəzçi Xalq partiyası, solçu “Vətəndaşlar” və radikal sağçı, keçmiş diktator Frankonun ideyalarını müdafiə edən “Vox” partiyaları Konstitusiyanın 155-ci maddəsi ilə Kataloniyanın muxtariyyatını əlindən alacaqlarını vəd edirlər. “Vox” hətta Kataloniyada bütün separatçı partiyaların bağlanmasını, orada bölücülüyü müdafiə edən bütün siyasi liderlərin həbs olunmasını istəyir.

İspaniyadakı hakim Sosialist parityası və onun rəhbəri, baş nazir Pedro Sançez də heç bir zaman qiyamçı əyalətin ölkənin tərkibindən çıxmayacağını bəyan etsə də, separatçılara qarşı yumşaq və liberal mövqeyinə görə müxalifət tərəfindən sərt şəkildə tənqid olunur. Xalq parityası lideri Pablo Kasado və Vətəndaşlar partiyasının sədri Albert Rivera hətta baş naziri dövlətə xəyanətdə və kataloniyalı siyasətçilərin qarşısında diz çökməkdə ittiham ediblər.

Bundan başqa Pireney yarımadasının ən böyük dövlətinin problemlərindən bir də ölkədə baş alıb, gedən işsizlikdir. Buna görə İspaniya Avropa Birliyi ölkələri içində öncül sıralardan birini tutur. 2019-cu ilin ilk rübündə ölkə əhalisinin 15%-nin işsiz olduğu ortaya çıxıb. Musavat.com

Həmçinin oxuyun

Tayvanda millət vəkilləri bir-birlərinə heyvan içalatı atdılar – VİDEO

Tayvan parlamentində ABŞ-dan gətirilən donuz əti ilə bağlı mübahisə zamanı müxalifəti təmsil edən millət vəkilləri …