Bazar ertəsi , May 20 2019
Ana səhifə / Dünya / Kamal Kılıçdaroğlu Ərdoğana 20 min dollar təzminat ödəcəyək

Kamal Kılıçdaroğlu Ərdoğana 20 min dollar təzminat ödəcəyək

Türkiyənin müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri, millət vəkili Kamal Kılıçdaroğlu prezident Rəcəb Tayyib Ərdoğana 95 min türk lirəsi (20 min dollar) təzminat ödəcəyək.

“Report” xəbər verir ki, bunu R.T.Ərdoğanın vəkili Hüseyn Aydın bildirib.

Məlumata görə, K.Kılıçdaroğlu çıxışlarından birində Türkiyə prezidenti və yaxınlarını xarici ölkələrə pul köçürməkdə günahlandırıb.

R.T.Ərdoğan CHP liderinin iddiası ilə bağlı məhkəməyə müraciət edib. Məhkəmə bu iddia və “Man adası” işləri ilə bağlı K.Kılıçdaroğlunun Türkiyə prezidentinə 197 min türk lirəsi məbləğində təzminat ödəməsi haqqında qərar qəbul etmişdi.

Bundan başqa, K.Kılıçdaroğlu partiyasının 35-ci qurultayında və parlamentdəki fraksiyasının toplantısında R.T.Ərdoğanı sərt sözlərlə təhqir etdiyi üçün məhkəməyə verilmişdi. Məhkəmə bu işlə bağlı K.Kılıçdaroğlunun R.T. Ərdoğana 25 min türk lirəsi məbləğində təzminat ödənilməsi barədə hökm çıxarmışdı.

Həmçinin oxuyun

Zelenskinin andiçmə mərasimində kimlərin iştirak edəcəyi məlum oldu

Ukraynanın yeni seçilmiş prezidenti Vladimir Zelenskinin andiçmə mərasimində təxminən 60 ölkənin prezidenti, hökumət başçıları və …