Ana səhifə / Dünya / Kahramanmaraşda zəlzələ zamanı həlak olanlar kütləvi məzarlıqda dəfn edilir – VİDEO

Kahramanmaraşda zəlzələ zamanı həlak olanlar kütləvi məzarlıqda dəfn edilir – VİDEO

Türkiyənin Kahramanmaraş şəhərində zəlzələ nəticəsində həlak olan şəxslər kütləvi məzarlıqda dəfn edilir.

Bu barədə İN Media yutub kanalında videogörüntülər yayılıb.

Geniş əraziyə malik olan məzarlıqda zəlzələ nəticəsində həyatını itirənlər yaxınları və aidiyyəti qurumlar tərəfindən torpağa tapşırılır.

Qeyd: Fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub.

Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək 4 700-dən çox afterşok qeydə alınıb. İki zəlzələ həmçinin Livan, Kipr, İraq, İsrail, İordaniya, İran və Misirdə hiss edilib.

Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və onminlərlə itkiyə səbəb olub. Son məlumatlara görə, zəlzələ nəticəsində Türkiyədə 40 642 nəfər dünyasını dəyişib.

Zəlzələdən dərhal sonra Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin 420 əməkdaşı fevralın 7-də axtarış-xilasetmə əməliyyatlarına cəlb edilib. Hazırda isə Kahramanmaraş və Hatayda FHN-in ümumilikdə 760 nəfər şəxsi heyəti fəaliyyət göstərir.

İndiyədək Azərbaycan xilasediciləri Türkiyənin Kahramanmaraş şəhərində dağıntılar altından 53 nəfəri sağ, 772 nəfərin meyitini çıxarıb.

https://www.youtube.com/embed/6B4Wd7mRSj4 Fotoları təqdim edirik

Həmçinin oxuyun

Papa qadın məhbusların ayaqlarını yuyub öpdü

Katolik dünyasının ruhani lideri Papa Fransisk katoliklərin bu həftəsonu qeyd etməyə hazırlaşdıqları Pasxa mərasimləri çərçivəsində …