Cümə axşamı , İyun 24 2021
Ana səhifə / Dünya / Kəşmirdə ordu və müsəlmanlar arasında qanlı toqquşma – 2 ölü, 50 yaralı

Kəşmirdə ordu və müsəlmanlar arasında qanlı toqquşma – 2 ölü, 50 yaralı

Hindinstanın Kəşmir şəhərində polis və etirazçılar arasında qarşıdurma baş verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə NDTV məlumat yayıb.

Məlumata əsasən, yerli sakinlər polis və ordunun ötən gecə antiterror əməliyyalarına başladığı əraziyə yürüş ediblər. Tərəflər arasında baş verən toqquşmalar nəticəsində 50-yə yaxın insan xəsarət alıb. Qarşıdurma zamanı 2 nəfər dinc sakinin də həlak olduğu vurğulanıb.

Qeyd edilir ki, təhlükəsizlik qüvvələrinin keçirdiyi ardıcıl əməliyyatlar zamanı 8 terrorçu öldürülüb. Polislərdən isə 2 nəfər həlak olub.

Hisdistandamüsəlmanların çoxluq təşkil etdiyi yeganə ştatı Cammu və Kəşmirdir. Separatçıların aktiv olduğu ştatda müsəlmanlar müstəqillik əldə edib Pakistana birləşmək istəyirlər.

Qeyd edək ki, Kəşmirdə Hidistan və Pakistan arasında rəsmi sərhəd yoxdur.

Həmçinin oxuyun

Robert Köçəryan: “Əgər hakimiyyət eyni üsulla davam etsə növbəti seçklər qaçılmaz olacaq”

Ermənistanın keçmiş prezidenti Robert Köçəryan rəhbərlik etdiyi “Ermənistan” blokunun aldığı 270 min səsdən məyusluğunu gizlətməyib. …