Cümə , Aprel 19 2019
Ana səhifə / Dünya / “Jurnalist Camal Xaşoginin qətli əvvəlcədən planlaşdırılıb”

“Jurnalist Camal Xaşoginin qətli əvvəlcədən planlaşdırılıb”

BMT qətlə yetirilən jurnalist Camal Xaşogi ilə bağlı istintaq hesabatını açıqlayıb.

Virtualaz.org-un məlumatına görə, hesabatda Xaşoginin qətlinin öncədən Səudiyyə Ərəbistanı rəhbərliyi tərəfindən planlaşdırıldığı bildirilib.

“Xaşogi cinayəti səudiyyəli nümayəndələr tərəfindən planlı şəkildə həyata keçirilib. Səudiyyə Ərəbistanı qətlin araşdırılmasına ciddi-cəhdlə mane olub”, – deyə hesabatda vurğulanıb.

Xatırladaq ki, ötən il oktyabrın 2-də “The Washington Post” qəzetinin səudiyyəli jurnalisti, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın ciddi tənqidçisi və onun Yəməndə kimyəvi silah tətbiqinə dair araşdırma aparan Camal Xaşogi ailə qurmağa hazırlaşarkən sənəd əldə etmək üçün Səudiyyənin İstanbuldakı Baş konsulluğuna gedib. Onunla birgə gedən nişanlısını konsulluğun binasına buraxmayıblar və 5 saatdan sonra deyiblər ki, Camal artıq konsulluqdan gedib. Lakin nişanlısı buna inanmayıb və konsulluğa daxil olduğu andan Camalın yoxa çıxdığını deyib.

Nəhayət, 18 gündən sonra Səudiyyə Ərəbistanının baş prokuroru Saud əl-Muacib jurnalist Camal Xaşoginin İstanbuldakı konsulluqda yaranmış münaqişə nəticəsində öldüyünü təsdiqləyib.

Rəsmi məlumata əsasən, Camal Xaşogi konsulluqda olarkən, onu Səudiyyəyə geri qaytarmağa çalışanlarla arasında münaqişə yaranıb və jurnalistə ölümcül maddənin olduğu iynə vurulub. Daha sonra bədəni hissələrə ayrılaraq konsulluğun binasından çıxarılıb. Lakin indiyədək jurnalistin cəsədinin qalıqlarının harada olduğunu müəyyənləşdirmək mümkün olmayıb. Səudiyyə rəhbərliyi qətldə şübhəli bilinən 21 nəfəri istintaqa cəlb edib. Onlardan yalnız 11-i həbs olunaraq məhkəmə qarşısına çıxarılıb.

Həmçinin oxuyun

17 yaşı var, 56 min dollar təqaüd alacaq – Hamı Yasindən danışır

17 yaşlı azərbaycanlı şagirdin Sabancı Universitetindən 56 min dollar təqaüd qazanması sosial şəbəkələrdə maraqla qarşılanıb. …