Çərşənbə axşamı , Dekabr 1 2020
Ana səhifə / Dünya / Jirinovskinin son 6 ildə qazandığı pulların məbləği açıqlandı

Jirinovskinin son 6 ildə qazandığı pulların məbləği açıqlandı

Rusiya liberal-demokratlarının lideri Vladimir Jirinovskinin son 6 il ərzində qazandığı pulların məbləği açıqlanıb.

Virtualaz.org TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə məlumatı RLDP sədri prezident seçilərində namizədliyi qeydə alınarkən Mərkəzi Seçki Komissiyasına təqdim edib.

Həmin məlumatlara əaasən, bu müddət ərzində Vladimir Jirinovski 98 milyon rubl (təxminən 3 milyon manat – red.) qazanıb.

Bu məbləğə Dövlət Duması deputatının maaşı, bir neçə ali məktəbdə aldığı əməkhaqqı, pensiya, müəllif qonorarları, əmlak satıçından əldə edilən gəlir və qiymətli kağızlara yatırılmış vəsaitdən alınan faizlər daxildir.

Həmçinin oxuyun

“Bu faciəyə səbəb olan hökumət getməlidir” – Armen Sarkisyan

“Belə böyük faciənin baş verdiyi hər bir ölkədə yalnız bir həll yolu var: buna səbəb …