Şənbə , May 28 2022
Ana səhifə / Dünya / Jirinovskinin partiyası: “Almatı və Nur-Sultan rus adlarına qaytarılsın”

Jirinovskinin partiyası: “Almatı və Nur-Sultan rus adlarına qaytarılsın”

Rusiyanın Liberal Demokrat Partiyası (LDP) Vladimir Jirinovskinin vaxtında olduğu kimi yenə də təxribat xarakterli bəyanatlar yayır. LDP bu dəfə Qazaxıstanla bağlı arzuolunmaz açıqlama verib.

Partiya Qazaxıstanın Misirdəki səfiri Kayrat Lam Şərifin Qazaxıstan dövləti və paytaxtının adının dəyişdirilməsi təklifinə cavab olaraq təklif edib ki, Almatı və Nur-Sultan şəhərləri yaradılarkən onların adı rusca “Vernıy” və “Akmolinsk” adlandırılıb deyə şəhərlər bu cür səslənsin.

“Liberal Demokrat Partiyasının banisi Vladimir Jirinovskinin doğma şəhəri olan Almatı kazaklar tərəfindən yaradılıb və tarixən Vernı şəhəri adlanırdı, bu da Rusiyanın Orta Asiyada sadiq qalası demək idi. Nur-Sultan isə Akmolinsk adlandırıldı. Məhz bu adla qəsəbə hələ 19-cu əsrin ortalarında Rusiya İmperiyasının tərkibində şəhər statusu alıb”, – Partiyanın bəyanatında deyilir.

Xatırladaq ki, çərşənbə günü Qazaxıstanın Misirdəki səfiri Kayrat Lama Şərif sosial şəbəkələrdə paylaşım edərək SSRİ və Çar Rusiyası dövrünün mübahisəli adlarından qurtulmağı təklif etmişdi. O, Astananın adının qaytarılmasını və Qazaxıstan Respublikasının da adının dəyişdirilərək Qazax dövləti olmasını məqbul sayıb. Cümə günü isə prezident Kasım-Jomart Tokayev səfirə dövlət qulluqçularının etik kodeksinin bəndlərindən birinə əməl etmədiyinə görə töhmət verib. AzVision.az

Həmçinin oxuyun

İranda Heydər Əliyev Mərkəzinin oxşarı tikildi – Fotolar

Bakıdakı dünyaca məşhur Heydər Əliyev Mərkəzinin oxşarı İranda inşa olunub. Milli.Az bildirir ki, İrandakı oxşar …