Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Dünya / Jirinovski: “Vurulan hər təyyarəyə görə bir baza məhv edəcəm”

Jirinovski: “Vurulan hər təyyarəyə görə bir baza məhv edəcəm”

Yaxın zamanlarda hər kəsi məcbur edəcəm ki, Rusiyaya hörmət etsinlər.

Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski söyləyib.

“İstərdim ki, bizim ölkə heç vaxt heç nəyi bağışlamasın. Bu qəbuledilməzdir. Mən hər kəsi ölkəyə hörmət etməyə məcbur edəcəyəm. Bundan sonra heç kim rus təyyarəsini vurmağa cəsarət etməyəcək. Vurulan hər təyyarəyə görə aqressorun mərmisinin havalandığı bir aviabaza məhv ediləcək.

Dünyada heç kimin Rusiyaya gülməyə haqqı yoxdur. Tezliklə, hər kəs rus dilini öyrənəcək. Dünya özü bizə hər şeyi verəcək. Artıq sanksiyaları Vaşinqton və ya Brüssel yox, Moskva tətbiq edəcək. Rusiya mütləq yenidən oyanacaq”, – deyə o bildirib.

Həmçinin oxuyun

Simonyan Rusiyaya işğalçı dedi – Moskvadan qorxaq cavab 

Alen Simonyan bütün ağlasığmaz sərhədləri keçib. Axar.az xəbər verir ki, bu sözləri Rusiya Federasiya Şurasının …