Ana səhifə / Dünya / Jirinovski koronavirus əleyhinə peyvənd olundu

Jirinovski koronavirus əleyhinə peyvənd olundu

Rusiyanın Liberal Demokrat Partiyasının (LDP) lideri Vladimir Jirinovski özünü “Sputnik V” preparatı vasitəsilə koronavirus əleyhinə peyvənd etdirib.

Virtualaz.org bildirir ki, bunu jurnalistlərə LDP-nin Dövlət Dumasındakı fraksiyasının mətbuat xidmətindən deyiblər.

Qeyd ediblər ki, V.Jirinovski dünyada “Sputnik V” koronavirus peyvəndi etdirən ilk könüllülərdəndir: “Peyvəndləmə iki mərhələdə aparılır. İkinci inyeksiya birincidən üç həftə sonra edilir. Vladimir Jirinovski peyvəndin ikinci hissəsini sentyabr ayının sonunda alacaq, bundan sonra həkimlər onun sağlamlığını altı ay müddətində izləyəcəklər”.

Partiyadan onu da bildiriblər ki, tədqiqatların bu mərhələsində ən yaxşı dünya standartlarına uyğun gələn vaksini Jirinovskidən başqa, Rusiyanın 40 min vətəndaşı da alacaq.

Həmçinin oxuyun

Papa qadın məhbusların ayaqlarını yuyub öpdü

Katolik dünyasının ruhani lideri Papa Fransisk katoliklərin bu həftəsonu qeyd etməyə hazırlaşdıqları Pasxa mərasimləri çərçivəsində …