Bazar ertəsi , İyun 14 2021
Ana səhifə / Dünya / Jirinovski hökuməti kök məmurlara qarşı mübarizəyə çağırdı:”Gəlin, normanı 80 kiloqrama endirək”

Jirinovski hökuməti kök məmurlara qarşı mübarizəyə çağırdı:”Gəlin, normanı 80 kiloqrama endirək”

Rusiyanın Liberal Demokrat Partiyasının lideri Vladimir Jirnovski ölkə sakinləri və məmurlar üçün çəki məhdudiyyətlərinin tətbiq edilməsini istəyir. Azvision.az xəbər verir ki, bu barədə Jirnovski “Komsomolskaya Pravda” radiosunun efirində danışıb. Onun sözlərinə görə, dövlət artıq çəkili vətəndaşlara, onların müalicəsi və pəhrizi üçün çox pul xərcləmək məcburiyyətindədir.

“Bu zaman özünü normal hiss edən insanlar dövlətdən daha az pul alırlar. Mən hələ yeddi il əvvəl, 2014-cü ildə dedim ki, gəlin, normanı 80 kiloqrama endirək”.

Məmurlara gəlincə, Jirinovski onlar üçün 100 kiloqram çəki normasının tətbiqinin tərəfdarıdır.

“Bir məmurun çəkisi yüz kiloqram və artıq deyil, 120, 150 olarsa, ümumiyyətlə, bu nədir?” – deyə rusiyalı siyasətçi hiddətlənib. O, piylənmənin qarşısını almaq üçün hökuməti ruslara sağlam həyat tərzi ilə əlaqədar tövsiyələr verməyə dəvət edib.

Bundan əvvəl Jirinovski böyük şəhərlərdə gənclər üçün fahişəxana açmağın lazım olduğunu bildirmişdi. Onun fikrincə, bu şəkildə icazəsiz aksiyalarda iştirak edən subay gənclərin aqressivliyini iki-üç dəfə azaltmaq mümkündür. Azpolitika.info

Həmçinin oxuyun

Benyamin Netanyahu: “Biz bu təhlükəli solçu hökuməti devirəcəyik”

İsrailin keçmiş baş naziri Benyamin Netanyahu tərəfdarları qarşısındakı çıxışında postunu tərk etsə də, siyasəti və …