Cümə , Sentyabr 18 2020
Ana səhifə / Dünya / Jirinovski evlənməyinə peşman oldu: “Sevgi yox idi”

Jirinovski evlənməyinə peşman oldu: “Sevgi yox idi”

Rusiyanın Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski həyatında yol verilən səhvlərdən, xüsusilə evlənmə qərarından danışıb.

Rusiyalı siyasətçi bu barədə RT-yə müsahibəsində etiraflar edib.

Onun sözlərinə görə, Asiya və Afrika ölkələri İnstitutuna daxil olmaq qərarından sonra evlilik ikinci səhvi olub: “Parlaq bir sevgi yox idi. Çoxlarında da yoxdur. Bəs nə etmək lazımdır? Bu sevgi haradadır? Çətindir”.

Partiya sədri yaxşı işinin, xoşbəxt ailəsinin, etibarlı yoldaşlarının və azadlığının olmadığını söyləyib: “Nəyim varsa, hər şeyə 3 qiyməti qoymaq olar. Mən həyatı 3-ə uyğun yaşamışam”.

Jirinovski, həmçinin ailə rahatlığının, istiliyinin olmamasından şikayətlənib.

“Yaşlanmışam, artıq səhvlərimi düzəltmək mümkün deyil. Yenidən evlənə bilmərəm, bu, artıq hesablanmş evlilikdir. Heç bir şey geri qaytarıla bilməz. Güclər xərclənib”.

Qeyd edək ki, Jirinovski 1971-ci ildə Qalina Lebedeva ilə evlənib, onların İqor Lebedev adlı bir oğlu dünyaya gəlib. Bundan əlavə, siyasətçinin nikahdankənar iki övladı da var. Azvision.az

Həmçinin oxuyun

“Prezident seçildiyimə görə bütün dostlarımı itirdim” – Tramp

ABŞ lideri Donald Tramp prezident seçildiyi üçün bütün dostlarını itirdiyini etiraf edib. Azvision.az “RİA Novosti”yə istinadən …