Biz tezliklə Ukrayna şəhərlərini bombardman edəcəyik.
Axar.az xəbər verir ki, bunu Rusiya Liberal Demokrat Partiyasının rəhbəri Vladimir Jirinovski söyləyib.
“Amerikalılar sizi məcbur edirlər ki, Rusiyaya hücum edəsiniz. Bu sizin üçün son olacaq. Onlara kiçik savaş lazımdır. Bizdə də 20 iyun 1941-ci ildə almanlarla sülh idi, amma iki gün sonra savaş başladı. Müharibə qəfildən başlayır. Səhər tezdən 4-də sizin şəhərləri yad təyyarələr bombalayacaq, raketlərlə bazalarınız dağıdılacaq. Hazırda dünyada kibertəhdid var və heç kim sübut edə bilmir ki, bu, haradan gəlir. Siz sevinin ki, biz hələ hücum etmirik”, – deyə o bildirib.