Bazar ertəsi , Noyabr 30 2020
Ana səhifə / Dünya / Jerar Depardye: “Özbəkistan böyük mütəfəkkirlərin, alimlərin, ilahiyyatçıların vətənidir”

Jerar Depardye: “Özbəkistan böyük mütəfəkkirlərin, alimlərin, ilahiyyatçıların vətənidir”

Film çəkilişləri ilə bağlı Özbəkistanda olan məşhur fransız aktyoru Jerar Depardye Daşkənddə tikilməkdə olan İslam Sivilizasiyası Mərkəzinə (İSM) gedib.

AZƏRTAC xəbər verir ki, İSM-də aktyor Özbəkistan Baş nazirinin müavini Əziz Abduxakimovla, mərkəzin direktoru Şoazim Minovarovla və “Özbəkkino” Agentliyinin direktoru Firdavs Abduxalikovla görüşüb.

J.Depardye onlarla görüşündə deyib ki, Özbəkistanda özündə humanist ideyalar daşıyan müqəddəs İslam dininə hörmətlə yanaşılır, bu dini zorakılıqla, qan tökməklə bir sıraya qoyanlar pislənilir. Bu gün Özbəkistan müsəlman aləmi üçün humanist inkişaf modelinin bünövrəsini qoyur.

Aktyor qeyd edib ki, Özbəkistan böyük mütəfəkkirlərin, alimlərin, ilahiyyatçıların vətənidir. O, özbək xalqının qonaqpərvərliyinə və zəngin tarixi-mədəni irsinə valeh olduğunu söyləyib. Deyib ki, Özbəkistanın nadir coğrafi ərazidə, Orta Asiyanın mərkəzində yerləşməsi burada bir çox mədəniyyətlərin qovuşmasına səbəb olub.

J.Depardye daha sonra bildirib ki, İslam irsi Özbəkistanda çəkdiyi filmin əsas mövzularından biridir. Özünün də iştirak etdiyi bu sənədli film Daşkənd, Səmərqənd, Buxara, Xivə, Termez və Nukus şəhərlərində çəkilir.

Həmçinin oxuyun

“Bu faciəyə səbəb olan hökumət getməlidir” – Armen Sarkisyan

“Belə böyük faciənin baş verdiyi hər bir ölkədə yalnız bir həll yolu var: buna səbəb …