Ana səhifə / Dünya / Jan-Klod Yunker: “Avropa Birliyi Böyük Britaniyanı saxlamağa çalışmır”

Jan-Klod Yunker: “Avropa Birliyi Böyük Britaniyanı saxlamağa çalışmır”

“Avropa Birliyi Böyük Britaniyanı tərkibində tutmağa çalışmır”.

Bu sözləri Avropa Komissiyasının hazırkı sədri Jan-Klod Yunker Almaniyanın “Welt am Sonntag” qəzetinə söyləyib.

J.K.Yunker ada dövləti ilə müzakirələrdə əsas məqsədlərinin gələcək münasibətlərə aydınlıq gətirilməsi olduğunu qeyd edərək, Böyük Britaniya xalqının referendumdakı qərarına hörmətlə yanaşdıqlarını vurğulayıb.

Onun sözlərinə görə, Avrop Birliyi “Brexit” prosesinin davam etməsi üçün Böyük Britaniya parlamentinin qərarını gözləyir.

”Mən işimi Britaniyanın AB-ni tərk etməsi əsasında qurmuşam. Çünki bunu Böyük Britaniya xalqının özü istəyib”,-deyə Yunker qeyd edib.

Avropa Komissiyasının sədri “Brexit”lə ağlı ikinci referendum məsələsinin britaniyalılardan asılı olduğunu qeyd edərək, adadakı Birlik tərəfdarlarına yaşıl işıq yandırıb.

Jan-Klod Yunker son vaxtlarda Avropa Birliyini ABŞ, daha doğrusu onun prezidenti Donlad Tramp arasında ticarətlə bağlı yaranan gərginliyə də toxunub.

“Mən ona verdiyi sözü tutana qədər inanıram. Əgər o, vədindən dönsə o zaman özümü verilmiş sözlərə bağlı hiss etməyəcəm”,-deyə Yunker sonda qeyd edib.
Musavat.com

Həmçinin oxuyun

Papa qadın məhbusların ayaqlarını yuyub öpdü

Katolik dünyasının ruhani lideri Papa Fransisk katoliklərin bu həftəsonu qeyd etməyə hazırlaşdıqları Pasxa mərasimləri çərçivəsində …