Şənbə , Dekabr 5 2020
Ana səhifə / Dünya / İzmirdə zəlzələdə ölənlərin sayı 83-ə çatdı – YENİLƏNİB-2

İzmirdə zəlzələdə ölənlərin sayı 83-ə çatdı – YENİLƏNİB-2

Türkiyənin İzmir şəhərində baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı 83 nəfərə çatıb.

Unikal.org xəbər verir ki, bu barədə Türkiyənin Ətraf Mühit və Şəhərsalma Nazirliyi məlumat yayıb.

Yeraltı təkanlar nəticəsində 962 nəfər xəsarət alıb.

***

08:15

İzmirdə baş verən zəlzələ nəticəsində həlak olanların sayı 79-a çatıb.

Unikal.org xəbər verir ki, yeraltı təkanlar nəticəsində xəsarət almış 962 nəfər xəstəxanalardan evə buraxılıb, 219 nəfərin müalicəsi davam etdirilir.

***

23:49

İzmirdə baş verən zəlzələ nəticəsində həlak olanların sayı 69-a çatıb.

Unikal.org xəbər verir ki, yeraltı təkanlar zamanı 949 nəfər yaralanıb, onlardan 220 nəfərin müalicəsi davam edir.

Hadisə nəticəsində zədələnən və ya çökən binalardan 8-də axtarış-xilasetmə işləri davam edir. İndiyədək bölgədə ciddi zədələnən 28 bina aşkarlanıb. Həmin tikililərin sökülməsinə qərar verilib.

22:09

xxx

Türkiyənin İzmir şəhərində zəlzələdən ölənlərin sayı 64 nəfərə çatıb.

Unikal.org xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyindən (AFAD) məlumat yayılıb.

AFAD-dan bildirilib ki, zəlzələdən xəsarət alanların sayı 949-a çatıb.

Qeyd edək ki, AFAD Seferhisar rayonunda qeydə alınan 6,6 bal gücündə zəlzələdən sonra indiyədək Rixter cədvəli üzrə 975 afterşokun baş verdiyini yazıb.

Həmçinin oxuyun

Ermənistanda son üç gün ərzində süd məhsulları, çörək-un məmulatları və qida məhsulları kimi istehlak mallarının …