Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Dünya / İYİ Partiya və CHP arasında namizəd QALMAQALI

İYİ Partiya və CHP arasında namizəd QALMAQALI

Türkiyə müxalifəti arasında gərginlik yaşanır.

Cühuriyyət Xalq Partiyası (CHP) və İYİ Partiya namizədliklə bağlı məsələdə növbəti dəfə qarşı-qarşıya gəlib.

Belə ki, CHP sədri gələn il keçiriləcək prezident seçkilərində namizəd olmaq istəyir. Lakin onun bu təklifi İYİ Partiya tərəfindən dəstəklənmir. Çünki onlar Ankara Böyük Şəhər Bələdiyyəsinin sədri Mansur Yavaş və ya İstanbul Böyük Şəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun namizəd olmasını istəyirlər.

Hətta Kamal Kılıçdaroğlunun namizədliyindənsə, Meral Akşeneri də namizəd olaraq gündəmə gətirməyi düşünürlər. Bu isə partiyalar arasında və “Millət İttifaqı” daxilində fikir ayrılığına səbəb olub.

Bütün bunların fonunda, İYİ Partiyanın deputatı Yavuz Ağıralioğlunun CHP sədri barəsindəki açıqlaması gündəm olub. “TV100” kanalına qatılan millət vəkili Kılıçdaroğlunun namizədliyi ilə bağlı narahat olduqlarını bəyan edib: “Bəli, Kılıçdaroğlunun namizədliyi ilə bağlı narahatlığımız var”. 

Onun bu açıqlamasına isə CHP-dən cavab gecikməyib. Partiyanın Qrup sədr müavini Engin Altay millət vəkilinin açıqlamalarını sərt tənqid edib:

“Bu, kraldan çox krallıq etməkdir. Hörmətli Ağıralioğlunun açıqlamalarını da buna bənzətdim. Amma mən elə bir ifadə istifadə etməzdim. Yəni “Meral Akşener namizəd olmasın” deməzdim”.

Lakin Yavuz Ağıralioğlu isə Engin Altaya cavab verib və qalmaqal daha da alovlanıb:

“Onun bu açıqlaması nəzakət həddini aşan bir açıqlamadır. Mən kraldan çox kralçı deyiləm. Sadəcə doğruları söyləmək məcburiyyətindəyik”.

Cebhe.info

Həmçinin oxuyun

3 uşaq anası 9 saatlıq əməliyyatdan sonra vəfat etdi – Azərbaycanlı həkim ittiham edilir

Türkiyədə qadın əməliyyatdan sonra ölüb. Hadisə Kayseri şəhərində yerləşən özəl xəstəxanalardan birində qeydə alınıb. 3 …