Bazar ertəsi , May 10 2021
Ana səhifə / Dünya / İtkin hərbçilərin valideynləri Paşinyanın yanında məmuru döydülər

İtkin hərbçilərin valideynləri Paşinyanın yanında məmuru döydülər

Ermənistanda İkinci Qarabağ müharibəsi zamanı itkin düşən əsgərlərin valideynləri baş nazir Nikol Paşinyanın aparat rəhbəri Arsen Torosyanı döyüblər.

Buna səbəb Torosyanın kobud davranışları olub.”Hadisə hökumət binasında baş nazir Nikol Paşinyanın gözləri önündə baş verib. Bir neçə gün əvvəl itkin düşmüş əsgərlərin valideynləri Müdafiə Nazirliyi qarşısında etiraz aksiyası keçirdikdən sonra Nikol Paşinyanla görüşmək üçün hökumət binasına getmişdilər. Mənbəyimizin bildirdiyinə görə, Torosyan kobud davrandığı üçün valideynlər hərəkətlərinə nəzarət edə bilməyiblər. Arsen Torosyanı qəzəbli valideynlərin əlindən Paşinyanın köməkçisi Nairi Sarkisyan və bir neçə başqa işçi qurtara bilib”, – deyə erməni KİV-ləri yazıb.

Xatırladaq ki, Ermənistanın keçmiş səhiyyə naziri olmuş Torosyan bu ilin əvvəlində də itkin düşən əsgərlərin valideynləri ilə oxşar insident yaşamışdı. Azvision.az

Həmçinin oxuyun

Boş qalan Batumi, 15 min dollara ev…

Pandemiya Azərbaycanın yaxın qonşusu Gürcüstanda da ciddi iqtisadi problemlər yaradıb. Turizmdən illik 2-3 milyard dollar …