Ana səhifə / Dünya / İtaliyanın Baş naziri Makronu xəyanətdə ittiham edib

İtaliyanın Baş naziri Makronu xəyanətdə ittiham edib

İtaliyanın Baş naziri Corc Meloni Fransa prezidenti Emmanuel Makronu immiqrasiya siyasətinə xəyanətdə ittiham edib.

Qeyd edək ki, bir müddət əvvəl İtaliya hakimiyyəti “Ocean Viking” qeyri-hökumət təşkilatının gəmisinin ölkə limanlarına yan almasına icazə verməyib.

“Ocean Viking” gəmisi Aralıq dənizini keçməyə çalışan miqrantları Avropaya aparır. Bu həftə ekipajın İtaliya limanlarından birinə girişinə icazə verilməyib, bundan sonra o, Siciliya sahillərini tərk etməli olub.

Bundan sonra Paris miqrantların yenidən bölüşdürülməsi ilə bağlı Avropa sazişinə əsasən İtaliyadan olan 3 500 miqrantı qəbul etməkdən imtina edib.

Qeyd olunur ki, Fransanın bu münasibəti İtaliya hökumətini çətin duruma sala bilər.

Jurnalistlər qeyd edirlər ki, İtaliyalı Baş nazir Parisin son aqressiv və əsassız reaksiyasından heyrətlənib.

Həmçinin oxuyun

Kılıçdaroğlu yeni Türkiyə hədəflərini AÇIQLADI

Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu yeni hədəfləri ilə bağlı açıqlama verib. İqtidara …