Çərşənbə axşamı , Dekabr 1 2020
Ana səhifə / Dünya / İtaliyadan Aİ-yə sərt tənqid: “İlanlar və çaqqallar mağarasıdır”

İtaliyadan Aİ-yə sərt tənqid: “İlanlar və çaqqallar mağarasıdır”

İtaliyanın sabiq Baş Naziri və ana müxalifət partiyasının lideri Mateo Salvini Avropa İttifaqını sərt tənqid edib.

Salvini “Twitter” hesabından etdiyi paylaşımda Aİ-ni İtaliyada koronavirusdan ölənlərə biganəlik nümayiş etdirməkdə günahlandırıb.

Sabiq Baş Nazir Aİ-ni ilanlar və çaqqallar mağarasına bənzədib: “Avropa İttifaqına nifrət edirəm. Hətta diksinirəm. Sanki ittifaq yox, ilanlar və çaqqallar mağarasıdır. Biz əvvəlcə virusu məğlub edəcəyik. Sonra Aİ barədə düşünəcəyik. Lazm gələrsə, təşəkkür etmədən Aİ-ni tərk edəcəyik”.

Qeyd edək ki, İtaliyada ötən gün yeni növ koronavirusdan ölənlərin sayı 969 nəfər artaraq 9134-ə çatıb.

Azvision.az

Həmçinin oxuyun

İranın yüksək rütbəli zabiti İraqda öldürüldü – KİV

“RT Arabic” telekanalı İraqdakı mənbələrinə istinadən İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandirlərindən biri Müslüm …