Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Dünya / İtaliyada “Koza Nostra” mafiya qruplaşmasının 80-dən artıq üzvü həbs edilib

İtaliyada “Koza Nostra” mafiya qruplaşmasının 80-dən artıq üzvü həbs edilib

İtaliya polisi “Koza Nostra” (Cosa Nostra) mafiya şəbəkəsinə daxil olan 80-dən artıq şəxsi həbs edib.

AZƏRTAC xəbər verir ki, bütün ölkə üzrə həyata keçirilən reydlər nəticəsində həbs olunanlar narkotik vasitələrin qanunsuz ticarəti, korrupsiya, şantaj və digər cinayət əməllərində şübhəli bilinirlər. Saxlanılanların 63-ü barəsində həbs qətimkan tədbiri seçilib, 18 nəfər barəsində isə yaşayış yerini tərk etməməyə dair iltizam alınmaqla ev dustaqlığı qərarı çıxarılıb.

Siciliya mənşəli “Koza Nostra” mafiya şəbəkəsinin üzvləri bu adadakı Palermo və Trapani şəhərləri ilə yanaşı, Neapol və paytaxt Romada da polislərin əlinə keçiblər. Polisin yaydığı məlumata əsasən, reydlər şəbəkə daxilində fəaliyyət göstərən beş qrupu hədəfə alıb. Həbs olunanlar arasında narkotik vasitələrin ticarətinin aparıcı üzvləri arasında yer alan Vitali ailəsi də var.

Həmçinin oxuyun

“Paşinyan da bunu başa düşür” – Ərdoğan

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Cənubi Qafqaz regionunda yeni nizam yaradılır və Ermənistanın …