Şənbə , Aprel 20 2024
Ana səhifə / Dünya / İtaliya baş naziri: “İkinci Dünya Müharibəsindən sonra ən böyük böhranla üz-üzəyik”

İtaliya baş naziri: “İkinci Dünya Müharibəsindən sonra ən böyük böhranla üz-üzəyik”

İtaliyanın baş naziri Cüzeppe Konte ölkəsindəki koronavirus bəlası ilə bağlı strateji və lazımsız bütün istehsal fəaliyyətlərinin dayandırılması ilə bağlı qərar qəbul etdiklərini bildirib. 

Məlum olduğu kimi, İtaliyada bu günə qədər 4 min 825 nəfər koronavirus ucbatından dünyasını dəyişib. Hazırda koronavirusa yoluxan insanların sayı isə 42 min 681 nəfərdir. 

Ölkənin baş naziri Konte “Facebook” səhifəsindən vətəndaşlarına müraciət edərək qeyd edib ki, koronavirusun törətdiyi fəsadlarla bağlı xalqa hər zaman şəffaf şəkildə məlumat verilib, heç nə gizlədilməyib. 

Baş nazir ölkədəki vəziyyəti İkinci Dünya Müharibəsi ilə müqayisə edib: “Ölkə İkinci Dünya müharibəsindən sonra ən böyük böhranla qarşı-qarşıyadır”. 

Hər keçən gün daha çox sayda vətəndaşlarının itirməsinin acısını yaşadıqlarını dilə gətirən baş nazir Konte “Gördüyümüz tədbirlər ciddidir, lakin bundan başqa alternativlərimiz yoxdur. Bu tədbirlərin təsirini görmək üçün zamana ehtiyac var. Tələblərə əməl etməli, evə qalmalıyıq” deyib. 

Baş nazir həmçinin qeyd edib ki, supermarketlərdə “yarışa girmək”, uzun-uzadı növbəyə durmağa ehtiyac yoxdur, bütün market və apteklər, banklar əvvəlki qaydada fəaliyyətlərini davam etdirəcək.

Konte onu da əlavə edib ki, ölkənin istehsal sahəsi xeyli zəifləsə də, tamamilə dayandırılmayıb: “Bu, asan qərar deyil. Lakin bütün strateji və lazımsız istehsal fəaliyyətlərini dayandırırıq. Yalnız çox faydalı olan  və milli istehsal fəaliyyəti ilə məşğul olan istehsal sahələrinin işlərinə davam etməsinə icazə verəcəyik”.

Baş nazirin sözlərinə görə, yeni tədbirlər 3 aprel tarixinədək davam edəcək. 

Xatırladaq ki, bir neçə gün öncə baş nazir Kontenin mühafizəçilərinin birində koronavirus aşkarlandığı barədə məlumatlar yayılmışdı. Konte məlumatı təsdiqləyərək bildirib ki, ötən gün özü də koronavirus testindən keçib və nəticə neqativ çıxıb. 

Qeyd edək ki, Çinin Uhan şəhərində ortaya çıxan koronovirusun ən çox yayıldığı ikinci ölkə İtaliyadır. Ölkənin səhiyyə naziri virusdan dünyasını dəyişən insanların əsasən hansı yaş təbəqəsindən, cinsiyyətdən olduğunu, hansı xəstəliklərin daşıyıcısı olduqlarını açıqlayıb. Aparılan araşdrımalara görə virusdan dünyasını dəyişənlər əsasən 78,5 yaş təbəqəsindən olanlardır. Maraqlıdır ki, dünyasını dəyişən qadınların yaşı kişilərin yaşından xeyli çoxdur. 

Hesabata görə koronavirusdan dünyasını dəyişənlərin 1,2% -ində başqa xəstəlik aşkarlanmayıb.  Koronavirusdan başqa bir xəstəliyi olanların 23,5 faizi, iki xəstəliyi olanların 26,6 faizi və üç xəstəliyi olanların 48,6 faizi dünyasını dəyişib. O da məlum olub ki, koronavirus simptomları ortaya çıxan xəstələr simptomların başlamasından 8 gün sonra dünyasını dəyişiblər. 

Ümumdünya Səhiyyə Nazirliyinin (ÜST) mart ayı üçün verdiyi hesabata görə koronavirusdan dünyasını dəyişən 3 min 200 nəfərin yalnız 36 nəfərin yaşı  50-dən aşağı olub. Onların da 9-u 40 yaşına qədər olan 8 kişi və bir qadındır. Musavat.com 

Yayılan son rəsmi məlumata görə İtaliyada koronavirusdan dünyasını dəyişənlərin sayı daha 793 nəfər artaraq, 4825 nəfərə çatıb. 

Həmçinin oxuyun

Hindistan əhalinin sayına görə dünyada birinci yerdə oldu

Hindistan əhalisinin sayına görə dünyada lider ölkə olub. APA xəbər verir ki, bu barədə BMT-nin …