Cümə , Aprel 19 2024
Ana səhifə / Dünya / İsveçrə, San-Marino, Dominikan və Malayziyada koronavirusa yoluxanların sayı artıb

İsveçrə, San-Marino, Dominikan və Malayziyada koronavirusa yoluxanların sayı artıb

İsveçrə, San-Marino, Dominikan Respublikası və Malayziyada koronavirusa yoluxanların sayı artıb.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, İsveçrədə 18, San-Marinoda 2, Dominikan Respublikasında 1, Malayziyada isə 28 yeni yoluxma faktı aşkarlanıb.

Beləliklə, koronavirusa yoluxanların sayı İsveçrədə 142, San-Marinoda 23, Dominikan Respublikasında 2, Malayziyada isə 83 nəfərə çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda epidemiya 95 ölkədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 100 551-ə çatıb. Bunların 55 991 nəfəri sağalıb, 3 410 nəfəri isə ölüb.

Həmçinin oxuyun

Hindistan əhalinin sayına görə dünyada birinci yerdə oldu

Hindistan əhalisinin sayına görə dünyada lider ölkə olub. APA xəbər verir ki, bu barədə BMT-nin …